Modern.az

İlham Əliyev Tacikistana səfər edəcək

İlham Əliyev Tacikistana səfər edəcək

25 Noyabr 2022, 12:20

Azərbaycan Prezidenti İlham Əliyev gələn il Tacikistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

 

“Mən dəfələrlə Mərkəzi Asiya ölkələrinə səfər etmişəm. Cari ilin aprel ayından bu günədək Özbəkistana üç dəfə səfər etmişəm. Bu səfərlər həm rəsmi, həm də beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Mən Qırğızıstanda dövlət səfərində oldum. Cari ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycana səfər edib. Bundan öncə mənim Türkmənistana səfərim olub. Gələn il Tacikistana səfərim olacaq. Tacikistan Prezidenti məni dəvət edib”, - dövlət başçısı bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir