Modern.az

Nazir kişilərin 65 yaşa çatmadan ölməsi xəbərini YALANLADI

Nazir kişilərin 65 yaşa çatmadan ölməsi xəbərini YALANLADI

Aktual

25 Noyabr 2022, 12:34

“Deputat Qüdrət Həsənquliyevin Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsi barədə fikri yanlışdır”.

 

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

 

“Bundan əvvəl parlamentin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda kişilərin 47 faizinin 65 yaşa çatmadan ölməsini bildirmişdi. O təklif etmişdi ki, buna görə də, kişilərin pensiya yaşı aşağı salınmalıdır. Deputatın dedikləri həqiqəti əks etdirmir, statistikalar fərqlidir”- nazir bildirib.

 

"Statistikaya əsasən, ölkədə 5 milyon 74 kişi var, onların 6,7%-i 65 yaşından yuxarıdır, bunun 93,3 %-i isə 65 yaşına çatmayanlardır. 2021-ci ilin statistikasına baxsaq, ölkəmizdə 76 878 nəfər dünyasını dəyişib. Onlardan 40 261 nəfər kişilər, 36 min 617 nəfəri qadınlardır. Kişilərin 18 min 922 nəfəri 65 yaşa qədərdir və 47% təşkil edir, 21 min 339 nəfəri isə 65 yaşdan yuxarı kişilər olmuşdur, yəni 53 faizdir. Müvafiq olaraq, 65-dən çox yaşı olan 341 min nəfər kişidən, 21 min nəfər dünyasını dəyişib ki, bu da 6% təşkil edir. Qüdrət müəllim, son illərin ölüm ehtimallarına əsasən aparılan qiymətləndirmələr göstərir ki, yeni doğulan əhalinin 79,5 faizi 65 yaşına çatır", - Samir Şərifov vurğulayıb.

 

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev 65 yaşa qədər olan kişilərin sayının 47%-ə çatdığını bildirmişdi: “Ona görə biz pensiya yaşının aşağı salınması barədə düşünməliyik. Heç olmasa bu kişilər 2-3 il pensiya ala bilsinlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir