“Şəhid ailələrinə və veteranlara xüsusi dəstək göstərilir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Bu kateqoriyadan olan 9 min nəfərə özünüməşğulluq aktivləri təqdim olunub. Bununla bərabər, 16 mindən çox şəxs işə düzəlib”, - deyə nazir bildirib.