Ermənistan sərhəd döyüşlərindəki mövqeyinə görə İrana təşəkkür etdi

Ermənistan sərhəd döyüşlərindəki mövqeyinə görə İrana təşəkkür etdi

25 Noyabr 2022, 14:20

Ermənistan-İran hökumətlərarası komissiyasının 17-ci iclasının yekunlarına əsasən qəbul edilmiş tapşırıqların icrası üzrə qrupun iclası yaxın vaxtlarda İranda keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə baş nazirin müavini Mher Qriqoryan və İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Zohuri arasında keçirilən görüşdə bildirilib.

 

Hökumətin mətbuat xidmətinin məlumatına görə, Qriqoryan İranla əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, sentyabr ayında Ermənistan-Azərbaycan sərhədində döyüşlər zamanı İranın İrəvanı müdafiə etməsini yüksək qiymətləndirib və Tehranın məqsədyönlü bəyanatlarına görə minnətdarlığını bildirib.

 

Tərəflər həmçinin regional kommunikasiyaların bağlanması halında Ermənistan və İran arasında dəmiryol xəttinin istifadəyə verilməsi imkanlarını da müzakirə ediblər. Ermənistan hökumətinin sədr müavini və iranlı diplomat xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini də açıqlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-nin “Naxçıvan əməliyyatı”: 144 milyon daha kimləri “aparacaq”?