Modern.az

“Ukraynalılar çətinliklərə dözəcəklər” - Zelenskinin xanımı

“Ukraynalılar çətinliklərə dözəcəklər” - Zelenskinin xanımı

Aktual

25 Noyabr 2022, 15:04

Ukraynalılar Avropa İttifaqına (Aİ) üzvlük naminə istilik, elektrik enerjisi və digər çətinliklərə dözməyə hazırdırlar.

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya bildirib.


“Ukraynalılar, əksər hallarda respondentlərin 90%-dən çoxu bildirirlər ki, bizim Aİ-yə üzvlük perspektivimizi görsələr, iki-üç il bu çətinliklərə dözməyə hazırdırlar”, - Zelenskaya deyib.

O əlavə edib ki, Ukraynada Avropa demokratik ailəsinə daxil olmaq və orada hamı ilə bərabər səviyyədə olmaq üçün bütün çətinliklərə dözməyə hazırdırlar.


Rəsmi Kiyev Ukraynanın 2024-cü ilin sonuna qədər Avropa İttifaqına qoşulma prosesini başa çatdıra biləcəyinə əminliyini ifadə edib. 360 telekanalı xəbər verir ki, Aİ korrupsiyaya qarşı uğurlu mübarizə şəraitində Ukrayna hakimiyyətinə 18 milyard avro ayırmaq qərarına gəlib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu