Modern.az

Şəhid tələbələrin diplomları ailələrinə verilib

Şəhid tələbələrin diplomları ailələrinə verilib

Aktual

25 Noyabr 2022, 16:49

"Dördüncü kursda oxuyan, lakin 1 kəsri olan, sonradan hərbi xidmətə gedən şəhidlərin əksəriyyətinin diplomları onların ailələrinə verilib".

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

 

O bildirib ki, diplom dövlət sənədidir: "Ailələr üçün simvolik əhəmiyyəti olsa da, nazir olaraq diplom yazıb vermək səlahiyyətim yoxdur. Diplom verilməsi üçün ali məktəbi bitirən şəxs tələbə-məzun sisteminə düşməli və digər prosedurlardan keçməlidir. 4-cü kursda təhsil alan və bir-iki kəsri olan həmin kateqoriyadan olanların ailəsinə diplomlar təqdim edilib".

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi