Modern.az

Ölkədə hibrid avtomobillərin sayı artır

Ölkədə hibrid avtomobillərin sayı artır

25 Noyabr 2022, 17:20

“Bizdə hibrid və elektrik mühərrikli avtomobillərin sayı artır. Buna səbəb aparılan stimullaşdırıcı tədbirlərdir”.

 

Modern.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə deyib.

 

R.Səttar-zadə qeyd edib ki, 2019-cu ildə hibrid avtomobillərin bütün idxalda payı cəmi 8% idi:

 

“Növbəti ildə 10%, 2021-ci ildə isə bu, artıq 14-15% oldu. Bu il bir az da artıb. Amma təəssüf ki, bu hibrid avtomobillərin böyük əksəriyyəti istifadə olunmuş avtomobillər olub. Digər tərəfdən, faizlə bu artım çox görünə bilər, amma say baxımından milyon ədəd avtomobil olan ölkədə 100-200 hibrid avtomobilin olması çox azdır. Bir sözlə, hazırda hibrid avtomobillərin sayı çox azdır. Bizim məqsədimiz ümumi nəqliyyat parkımızda hibrid avtomobillərin payının artmasıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi