Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. O, qış ərəfəsində Ukraynaya yeni yardım paketini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kleverli rusların Ukraynanın mülki infrastrukturunu, xəstəxanalarını və enerji sistemini atəşə tutmasını kəskin şəkildə pisləyib.
XİN başçısı vurğulayıb ki, ruslar amansız raket hücumları və partlayışlarla ukraynalıların iradəsini qıra bilməyəcəklər.
Ukraynaya ayrılan yeni yardım paketinin detalları hələlik məlum deyil. Lakin onun milyonlarla funt sterlinq olduğu bildirilir.