Modern.az

Qaret Beyl yeni rekorda imza atdı

Qaret Beyl yeni rekorda imza atdı

Aktual

25 Noyabr 2022, 17:46

Uels millisinin kapitanı Qaret Beyl yeni rekorda imza atıb.

 

Modern.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi dünya çempionatının ikinci turunda İranla keçirilən oyunda start heyətdə meydana çıxıb. Bu, onun millidəki 110-cu matçı olub.

 

Beləliklə, Beyl milli komandada ən çox oyun keçirən futbolçu olub. O, komanda yoldaşı Kris Qanteri (109) geridə qoyub.

 

Qeyd edək ki, ABŞ-ın “Los-Anceles” klubunda çıxış edən məşhur futbolçu Uels millisində 41 qol vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu