Modern.az

Niderlanddan heç-heçə, Qətər şansını itirdi

Niderlanddan heç-heçə, Qətər şansını itirdi

Aktual

25 Noyabr 2022, 22:14

Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, turun son matçında Niderland və Ekvador yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

 

Qrupun digər oyununda ev sahibi Qətər millisi Seneqala uduzub - 1:3.

 

İki turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı olmayan Qətər isə sonuncudur. 

 

İki oyunun nəticəsinə əsasən, Qətər növbəti tura çıxmaq şansını itirib.

 

Niderland - Ekvador - 1:1

 

Qol: Qakpo, 6 (1:0), Valensiya, 49 (1:1)

Ləğv olunan qol: Estupinan, 45+4 (Seneqal) - VAR

Baş hakim: Mustafa Qorbal (Əlcəzair)

"Xəlifə" stadionu

 

Qətər - Seneqal - 1:3

 

Qol: Bulaye Dia, 41 (0:1), Famara Dyedyö, 49 (0:2), Sulley Muntari, 78 (1:2), Dayenq, 84 (1:3)

Baş hakim. Antonio Migel Mateu Laos (İspaniya)

"Al Tumama" stadionu

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi