Bu gün Azərbaycanda demokratik ölkə kimi xeyli sayda siyasi partiya mövcuddur. Bunların hər biri ətrafında birləşən üzvləri ölkəmizin azadlığı, iqtisadi və siyasi inkişafı, ümumilikdə gələcəyini müxtəlif şəkildə görə bilər.
Hər birinin öz strategiyası ola bilər. Ancaq əsl vətənpərvər insanları dini, siyasi baxışlarından asılı olmayaraq, bir amal birləşdirməlidir: vətənin azadlığı, xoş gələcəyi, vətəndaşların firavan həyatı.
Bugün xalq bu qədər çoxsaylı partiya arasında Yeni Azərbaycan Partiyasına üstünlük verir. Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə, Vətənimizin parçalanmaq, vətəndaş müharibəsinə sürüklənərək qardaş qanı tökmək, bəlkə də tamamilə ölkə kimi mövcudluğuna son qoyulmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda Ulu öndərimiz Ümummilli lider Heydər Əliyevin yaratdığı bu partiya xalqını öz ətrafında birləşdirə və ölkəni bu fəlakətdən qurtara bildi.
1992-ci ildən bu günə kimi hansı təzyiqlər, təxribat və böhtanlarla üzləşməsinə baxmayaraq, Azərbaycanın ən aparıcı partiyası - YAP öz liderinin qoyduğu siyasi istiqaməti bu gün də davam etdirir.
Respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi partiya xalqın ən ümdə arzularını həyata keçirməyə qadir olduğunu göstərdi. Buna görə də ən çətin anlarımızda, 44 günlük Vətən müharibəsi ərəfəsində apardığı düzgün və müdrik siyasət sayəsində bütün xalq, bütün digər siyasi partiyalar da Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyərək onun ətrafında sıx birləşdiklərini bəyan etdilər və bu birlik öz təsirini dərhal göstərdi, biz qalib gəldik. Biz bütün dünyaya göstərdik ki, qalib gələ,birləşə bilərik. Bu partiya qalib xalqın qalib partiyasıdır.
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı