Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, polkovnik Orucəliyev Mais Mirzəyar oğlu dünyasını dəyişib.
Modern.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib.
Polkovnik Biləsuvar rayonunun İsmətli kəndində dəfn olunacaq.
Qeyd edək ki, Mais Orucəliyev Vətən müharibəsindən sonra "Qarabağ" ordeni ilə təltif edilmişdi.
Allah rəhmət eləsin!