Modern.az

Gəncədə bıçaqlamada şübhəli bilinən şəxs tutuldu

Gəncədə bıçaqlamada şübhəli bilinən şəxs tutuldu

26 Noyabr 2022, 11:18

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımovun Modern.az-a verdiyi məlumata görə, noyabr 25-də gündüz saatlarında Gəncə şəhər sakini Maksim Qəhrəmanovun döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.


Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər mhkum olunmuş Çingiz Vəliyev şübhəli şəxs qismində saxlanılaraq Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI