Modern.az

DİN 150-dən çox kəsişmədə hərəkəti tənzimləyir

DİN 150-dən çox kəsişmədə hərəkəti tənzimləyir

28 Noyabr 2022, 10:28

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən paytaxtın 150-dən artıq yol kəsişməsində hərəkətin tənzimlənməsi təmin edilir.

 

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

 

DİN rəsmisi qeyd edib ki, yollarda real vəziyyətə uyğun işıqtoforların vaxt planları nizamlanır:

 

"Fiziki müdaxilə zərurəti olduqda məlumat yol polisinin naryadlarına ötürülməklə hərəkətin fasiləsizliyi diqqətdə saxlanılır".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat