Modern.az

Gələn il xeyriyyə aksiyaları keçiriləcək

Gələn il xeyriyyə aksiyaları keçiriləcək

Aktual

28 Noyabr 2022, 13:52

Gələn il “Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirləri və xeyriyyə aksiyaları keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd olunub.

 

Tədbirlər Planına əsasən, sosial dəstək tədbirləri və xeyriyyə aksiyaları 2023-cü il ərzində reallaşdırılacaq. İcraçı qurum olaraq Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI