Modern.az

Qana Cənubi Koreyanı məğlub etdi - YENİLƏNİB

Qana Cənubi Koreyanı məğlub etdi - YENİLƏNİB

Aktual

28 Noyabr 2022, 19:06

Qətərdə keçirilən dünya çempionatının H qrupunda II turun ilk oyununda Qana millisi Cənubi Koreya ilə üz-üzə gəlib.

 

Modern az xəbər verir ki, matç Afrika təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu nəticədən sonra Qana 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Cənubi Koreya seçməsi isə sonuncudur.

 

Qeyd edək ki, bu qrupda II turun digər oyunu Portuqaliya və Uruqvay yığmaları arasında olacaq.

 

***

17:23

 

Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşma start götürüb. 

 

Modern.az xəbər verir ki, Qana millisi Cənubi Koreya ilə oyunda hesabı açıb. 24-cü dəqiqədə M.Salisu afrikalıları hesabda önə çıxarıb.

 

***

16:20

 

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ikinci turunda üz-üzə gələcək Cənubi Koreya və Qana yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar matça aşağıdakı heyətlərlə başlayacaqlar.

 

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 22. Hun Çan Kvon, 25. Yun Vu Yonq, 7. Hın Min Son, 9. Sun Kyu Ço.

 

Qana: 1. Laurens Aitiziqi, 14. Cideon Mensah, 4. Mohammed Salisu, 18. Daniel Amarte, 2. Tariq Lampte, 21. Salis Abdulsamed, 20. Mohammed Kudus, 5. Tomas Parte, 9. Cordan Ayu, 19. İnaki Uillyams, 10. Andre Ayu.

 

Qeyd edək ki, oyun saat 17:00-da start götürəcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI