Modern.az

Azərbaycanlılar Ukraynanı belə müdafiə edirlər - VİDEO

Azərbaycanlılar Ukraynanı belə müdafiə edirlər - VİDEO

29 Noyabr 2022, 13:08

"Ukrayna vətəndaşı olan azərbaycanlılar Rusiyanın hücumu nəticəsində başlayan müharibədə ölkəmizi müdafiə edirlər".

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski feysbuk səhifəsində yazıb.

 

Səfir, həmçinin azərbaycanlıların döyüşlərdə iştirakı ilə bağlı görüntüləri də paylaşımına əlavə edib.

 

“Rusiyanın Ukraynaya qarşı müharibəsinin lap əvvəlindən etnik azərbaycanlılar - Ukrayna vətəndaşları öz Vətənlərini müdafiə etmək üçün qətiyyətlə ayağa qalxdılar. Bu gün onlar torpaqlarımızı rus işğalçılarından qəhrəmancasına azad edən Ukrayna Silahlı Qüvvələrinin ayrılmaz hissəsidirlər”, - deyə diplomat qeyd edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı