Modern.az

Gəncədə ağır qəza - Yaralılar var

Gəncədə ağır qəza - Yaralılar var

Aktual

1 Dekabr 2022, 09:20

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Modern.az xəbər verir ki, hadisə zamanı “Chevrolet” və VAZ markalı avtomobillər toqquşub. 

 

Dərhal Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin əraziyə cəlb olunublar.

 

Hadisə zamanı xəsarət alan 1895-ci il təvəllüdlü, “Chevrolet” markalı avtomobilin sürücüsü Təbriz Əliyev, həmin avtomobildə olan sərnişin, sürücünün anası 1974-cü il təvəllüdlü Tacirə Ələsgərova və "VAZ" markalı avtomobilin sərnişini, 2003-cü il təvəllüdlü Gülnarə Mədətova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

 

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub