Modern.az

Azərbaycan və Türkiyə səfirləri Parisdə görüşdü 

Azərbaycan və Türkiyə səfirləri Parisdə görüşdü 

2 Dekabr 2022, 00:56

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın qardaş Türkiyənin bu ölkədəki səfiri Ali Onaner ilə görüşü olub.

 

Modern.az xəbər verir ki, görüşdə səfirlər iki qardaş ölkə - Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əlaqələrdən söz açıblar.

 

Bundan əlavə, səfirlər regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri, bu işlərdə türk şirkətlərinin iştirakı və dəstəyi bir daha xatırlanıb.

 

Tərəflər Fransadakı səfirliklərimiz arasında əməkdaşlığın prioritet sahələrindən söz açaraq, onun daha da möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir