Modern.az

Son 1/8 finalçılar kim olacaq - Günün oyunları

Son 1/8 finalçılar kim olacaq - Günün oyunları

2 Dekabr 2022, 07:57

Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.

 

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda İsveçrə seçməsi Serbiyanı sınağa çəkəcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.

 

H qrupunda isə minimum vəzifənin öhdəsindən gələn Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gələcək. Digər oyunda Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilər.

 

DÇ-2022

Qrup mərhələsi, III tur

2 dekabr

 

G qrupu

 

23:00. Kamerun - Braziliya

23:00. Serbiya - İsveçrə

Xal durumu: Braziliya - 6, İsveçrə - 3, Kamerun - 1, Serbiya - 1.

 

H qrupu

 

19:00. Qana - Uruqvay

19:00. Cənubi Koreya - Portuqaliya

Xal durumu: Portuqaliya - 6, Qana - 3, Cənubi Koreya - 1, Uruqvay - 1.

 

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?