Modern.az

Bu gün Azərbaycan derbisi var

Bu gün Azərbaycan derbisi var

Aktual

2 Dekabr 2022, 08:16

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.

 

Modern.az-ın məlumatına görə, günün yeganə matçında "Neftçi" klubu "Qarabağ"ı qəbul edəcək.

 

"Bakcell Arena"da təşkil olunacaq qarşılaşma saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, hazırda "Ağ-qaralar" 32 xalla üçüncü pillədə qərarlaşıb. Lider "Qarabağ"ın isə 41 xalı var.

 

Bugünkü görüş ölkə çempionatları tarixində 89-cu Azərbaycan derbisi olacaq. Əvvəlki matçların 35-də "köhlən atlar", 23-də paytaxt təmsilçisi qələbə qazanıb. 30 görüşdə heç-heçə qeydə alınıb.

 

Topların nisbətində "Neftçi"nin aşkar üstünlüyü var - 107:80. "Qarabağ" çempionatdakı son beş oyunda rəqibinə qalib gəlib. Əvvəlki üç qarşılaşmada hər iki komanda qol vurub.

 

Qeyd edək ki, XVI turun "Qəbələ" - "Səbail" və "Sabah" - "Şamaxı" oyunları dekabrın 3-də, "Kəpəz" - "Sumqayıt", "Zirə" - "Turan Tovuz" görüşləri dekabrın 4-də olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!