Modern.az

“Sabahın açılmasının xoruzla əlaqəsi yoxdur” - Komitə sədri

“Sabahın açılmasının xoruzla əlaqəsi yoxdur” - Komitə sədri

Aktual

2 Dekabr 2022, 11:40

"Xoruzu milli simvol olaraq qəbul edənlər bilməlidir ki, sabahın açılmasının xoruzla heç bir əlaqəsi yoxdur".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

“Makron və makroidlər seçkidə qazanmaq üçün çirkin əməllərə əl atırlar. Buna görə də ermənilərin ucuz gücündən istifadə edirlər. Makron siyasi əxlaqa sığmayan davranışları ilə gələn il Fransada keçiriləcək seçkilərdə belə qalib gəlməyə çalışır. Azərbaycan hökuməti, dövləti, parlamenti Fransaya adekvat cavab verib. Biz qalib xalq, güclü dövlətik”, - deyə komitə sədri Fransa parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə etirazını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!