Modern.az

Qızıl mağazası qarət edildi - Oğru kameraya düşdü

Qızıl mağazası qarət edildi - Oğru kameraya düşdü

3 Dekabr 2022, 12:09

İsmayıllı rayonunda oğurluq hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, rayon sakini Mehman Xəlilova məxsus qızıl mağazası qarət edilib.

 

Hadisə gecə saatlarında qeydə alınıb. Mağazaya daxil olan naməlum şəxs qızıl-zinət əşyalarını oğurlayaraq, hadisə yerindən uzaqlaşıb.

 

İlkin məlumata görə, M.Xəlilova 20 min manata yaxın ziyan dəyişib. Oğurluq anı mağazanın təhlükəsizlik kamerası tərəfindən lentə alınıb, cinayəti törədən şəxsin gənc yaşlarında olduğu bildirilir.

 

Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi