Modern.az

İsveç PKK üzvünü Türkiyəyə təhvil verdi

İsveç PKK üzvünü Türkiyəyə təhvil verdi

3 Dekabr 2022, 13:24

İsveç PKK üzvü olan şəxsi Türkiyəyə ekstradisiya edib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, İsveç hökuməti barəsində 6 il 10 ay həbs cəzası çıxarılmış Mahmut Tatı Türkiyəyə təhvil verib.

 

Tat 2015-ci ildə İsveçə gedərək sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb.

 

Bir müddət əvvəl İsveçdə həbs olunan Tat Mölndaldakı təcridxanada saxlanılıb. Buradan isə o, təyyarə ilə Türkiyəyə göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?