Modern.az

Daşkəsəndə ağır qəza - Sürücü öldü

Daşkəsəndə ağır qəza - Sürücü öldü

3 Dekabr 2022, 16:19

Daşkəsəndə minik avtomobili "Kamaz"la toqquşub.

 

Modern.az-ın məlumatına görə, hadisə zamanı bir nəfər ölüb.

 

Daxişi İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Daşkəsən rayon Polis Şöbəsinə Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər.

 

Araşdırmalar zamanı məlum olub ki, "Kamaz" markalı avtomobil ilə "Niva" markalı yük avtomobili toqquşub, nəticədə minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi