Modern.az

Neymar Koreya ilə oyunu buraxa bilər

Neymar Koreya ilə oyunu buraxa bilər

Aktual

3 Dekabr 2022, 17:06

Braziliya millisinin üzvü Neymar Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunu buraxa bilər.

 

Modern.az bildirir ki, 30 yaşlı hücumçu kollektivlə birgə məşqlərə qatılmayıb.

 

Yığmanın həkimi Rodriqo Lasmar qrup mərhələsinin ilk turunda Serbiya ilə oyunda zədələnərək sonrakı iki görüşü buraxan Neymarın bu gün topla məşqlərə başlayacağını deyib.


Həkim bildirib ki, Neymarın və digər zədəli futbolçu Aleks Sandronun Cənubi Koreya ilə qarşılaşmada iştirakı bərpa prosesindən asılı olacaq.

 

Qeyd edək ki, dünya çempionatında 1/8 final mərhələsinin Braziliya - Cənubi Koreya matçı dekabrın 5-də baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?