Futbol üzrə dünya çempionatının qrup mərhələsinin rəmzi komandası açıqlanıb.
Modern.az-ın məlumatına görə, “WhoScored” Qətərdəki mundialın arxada qalan 48 matçından sonra ən yaxşı heyəti müəyyənləşdirib.
Heyətə ən azı iki matç keçirən yüksək reytinqli oyunçular daxil edilib. Belə ki, 4-3-3 sxemi ilə tərtib edilən komandada yalnız Fransa birdən artıq oyunçu ilə təmsil olunub. Son dünya çempionunun üç üzvü “11-liy”ə düşüb.
Qapıçı: Voytseh Şensnı (Polşa) – 8,22;
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş) – 7,51, Jan-Şarl Kastelletto (Kamerun) – 7,71, Harri Maquayr (İngiltərə) - 7,43, Teo Ernandes (Fransa) - 7,98;
Yarımmüdafiəçilər: Kazemiro (Braziliya) - 7,89, Frenki de Yonq (Niderland) - 7,75, Brunu Fernandeş (Portuqaliya) - 8,36;
Hücumçular: Antuan Qrizmann (Fransa) – 7,73, Kilian Mbappe (Fransa) – 7,84, Lionel Messi (Argentina) – 7,87.