Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev İstanbulda keçirilən “2022 Bosphorus İstanbul Cup” beynəlxalq turnirində qızıl medal qazanıb.
Azərbaycan Qış İdman Növləri Federasiyasından Modern.az-a bildirilib ki, atletimiz 250,52 xal toplayaraq bütün rəqiblərini qabaqlayaraq birinci olub.
Yarışda mübarizə aparan digər idmançımız Səbinə Əliyeva 105.47 xalla 21-ci pillədə yer alıb.