Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun açdığı atəş nəticəsində 9400-dən çox dinc sakin həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında 461 uşaq da var. Bundan başqa, Rusiya hərbçilərinin hücumu zamanı 6800 nəfər yaralanıb.
Məlumatı Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin ictimailəşdirib.