Modern.az

47 nəfər yoluxdu, ölən olmadı - STATİSTİKA

47 nəfər yoluxdu, ölən olmadı - STATİSTİKA

4 Dekabr 2022, 16:38

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 47 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

İndiyədək ümumilikdə 824 499 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 247 nəfər müalicə olunaraq sağalıb, 9983 nəfər vəfat edib, aktiv xəstə sayı 269 nəfərdir.

 

Son sutka ərzində 1849, hazırkı dövrədək isə 7 382 375 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir