Modern.az

Taxıl marşrutundakı son durum - RƏQƏMLƏR

Taxıl marşrutundakı son durum - RƏQƏMLƏR

Aktual

4 Dekabr 2022, 16:55

Dekabrın 2-dən Qara dənizdəki taxıl dəhlizindən 12,7 milyon ton taxıl və digər məhsullar keçib.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahid Kirişçi deyib.

 

Nazir bildirib ki, məhsulların təxminən 58 faizi Avropaya, 42 faizi isə dünyanın qalan bölgələrinə göndərilib:

 

"Taxıl və digər məhsullardan ən çox ehtiyacı olan ölkələrə yalnız 765 min ton göndərilib. Türkiyə Rusiyadan tədarük olunacaq un, makaron, manna yarması kimi taxıl məhsulları da ehtiyacı olan ölkələrə çatdıracaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı