Narkotik satışında ittiham olunurdu, bəraət aldı

Narkotik satışında ittiham olunurdu, bəraət aldı

4 Dekabr 2022, 17:38

Narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilmiş şəxs bəraət alıb.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən Ramin Mirzəyevin barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

“Ramin Mirzəyevin hüquqlarını müdafiə etməyə başladığım ilk andan onun təqsirsiz olduğuna inanırdım. Ədalət mübarizəmiz uzun müddət çəkdi, lakin ən sonda ədalətli qərarın çıxarılmasına nail olduq. Sübutlarımız qiymətləndirildi və hesab edirəm ki, tam ədalətli olaraq məhkəmə bəraət qərarı çıxartdı", - deyə R.Mirzəyevin vəkili Ceyhun Yusifov bildirib.

 

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü (sədrlik edən Xamməd Nuriyev) ilə azadlıqdan məhrum edilən Ramin Mirzəyev 1 il 8 aydır həbsdə idi. Sözügedən iş üzrə təqsirləndirilən şəxsə qarşı qanunsuzluq etmiş bir sıra vəzifəli şəxslər cəzalandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq