Modern.az

Bakı-Quba yolundakı tıxacla bağlı rəsmi AÇIQLAMA 

Bakı-Quba yolundakı tıxacla bağlı rəsmi AÇIQLAMA 

Aktual

4 Dekabr 2022, 23:08

Həftəsonu dağlıq ərazilərə qar yağması ilə əlaqədar olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqamətlərinə səfərlər edib və bu gün axşam saatlarında Bakıya qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polis İdarəsindən bildirilib.

 

Hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də həmin ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcək.

 

"Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib", - açıqlamada qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!