Modern.az

Hulusi Akar Azərbaycana gəldi - YENİLƏNİB

Hulusi Akar Azərbaycana gəldi - YENİLƏNİB

Aktual

5 Dekabr 2022, 17:07

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfərə gəlib. 

 

Modern.az xəbər verir ki, onu azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov qarşılayıb. 

 

Qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə Azərbaycanda səfərdədir.

 

***

11:05

Türkiyə müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

 

Səfərin bu gün baş tutacağı bildirilib.

 

"Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müşayiəti ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana rəsmi səfər edəcək",  - məlumatda qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir