Modern.az

"KİA" arxa aşdı - Ölənlər var

Aktual

6 Dekabr 2022, 09:45

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qarasaqqal kənd yolunda qeydə alınıb.

 

Belə ki, rayonun Yenikənd kənd sakini, 1993-cü il təvəllüdlü Abdulla Təvəkkür oğlu Qubadovun idarə etdiyi "KİA" markalı minik maşını idarəetmədən çıxaraq arxa aşıb.

 

Nəticədə sürücü, A. Qubadov və sərnişini 1988-ci il təvəllüdlü Ramai Durhəsən oğlu Daşdıyev aldıqları ağır xəsarətlərdən ölüb.

 

"KİA"da olan digər sərnişinlər - 1992-ci il təvəllüdlü Elmir Fərhad oğlu Nəbiyev və 1992-ci il təvəllüdlü Mayıl Habil oğlu Manafov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü