Deputat teatr rəhbərlərinə ETİRAZ ETDİ

Deputat teatr rəhbərlərinə ETİRAZ ETDİ

6 Dekabr 2022, 11:25

"Mənə məlumat gəlir ki, teatrlarda yaşlı aktyorları təqaüdə göndərirlər".

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas bildirib.

 

“Sənətkarın yaşımı olur? Şairə deyirik ki, yaşlısan, şeir yazma? Teatr direktorları özləri üçün respublika yaradıb, istədikləri kimi hərəkət edirlər. Bu dərəcədə sənətkara münasibət göstərmək olmaz. Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı ciddi işlər görməlidir.

 

Tariyel Qasımovu və başqalarını istefaya göndərirlər. Onlar nə etsinlər? 260 manat təqaüdlə necə yaşasınlar? Onların yaşına uyğun rollar var. Sənətkara belə münasibət bəsləmək düzgün deyil. Teatrları veriblər direktorlara onlar da öz istədikləri kimi istifadə edirlər. Allah bu aktyorlara kömək olsun", - deputat çıxışında vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq