Modern.az

Bakıda günün istənilən saatında tıxac var - RƏSMİ

Bakıda günün istənilən saatında tıxac var - RƏSMİ

Aktual

6 Dekabr 2022, 11:28

Son aylarda yollarda müşahidə olunan tıxac, sıxlıq və avtobusların gecikməsi müvafiq tədbirlərin həyata keçirilməsini daha da aktuallaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə xüsusi avtobus zolaqları ilə bağlı keçirilən mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

 

Onun sözlərinə görə, müşahidə olunan problemlər pik və qeyri-pik saatları, iş və qeyri-iş günlərində yol hərəkətində fərq anlamının silinməsinə gətirib çıxarıb:

 

"Son illərdə keçirilən müşahidələr onu göstərir ki, ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb (2016-2019 illər ərzində 27% artım). Son illər istifadədə olan sərnişin avtobusları parkının da təqribən 70%-i yenilənib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?