Modern.az

Ölkədəki avtomobillərin 80 faizi Bakıdadır

Ölkədəki avtomobillərin 80 faizi Bakıdadır

Aktual

6 Dekabr 2022, 11:47

Ölkədə ümumi 1 milyon 700 minə yaxın avtomobil var. Onlardan 80 faizdən çox Bakıdadır. Paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır.

 

Modern.az-ın məlumatına görə, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

 

A.Əsgərli qeyd edib ki, bunlar daha çox səkilərin, piyada zolaqlarının, avtobus dayanacaqlarının tutulması ilə bağlıdır:

 

“Hələ də avtobus zolaqlarına istədiyimiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırılır və hər birinə hüquqi qiymət verilir. Yanvar ayından bu yana 11 ay ərzində Bakıda İXM-nin 327.1 maddəsi - nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir