Modern.az

Bakı - Xırdalan arasında avtobus zolağı çəkiləcək

Bakı - Xırdalan arasında avtobus zolağı çəkiləcək

Aktual

6 Dekabr 2022, 12:14

Abşeron rayonunun Xırdalan şəhərindən Bakı istiqamətinə xüsusi avtobus zolağı çəkiləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirib.

 

M.Ağayevin sözlərinə görə, xüsusi avtobus zolağı əvvəl 10 küçədə idisə, sonradan belə küçələrin sayı 17-yə çatdırılıb:

 

"Hazırda 49 küçə ilə bağlı belə zolağın çəkilməsi nəzərdə tutulub. Xırdalan-Bakı arasında ictimai nəqliyyat əlaqəsinin qurulmasında Bakı-Xırdalan ən vacib dəhlizlərdən biridir. Bu yolda tıxaclar qabarıq hiss olunur. Biz bununla bağlı təklif vermişik və digər müvafiq qurumların rəyindən sonra həmin ərazidə xüsusi zolağın çəkilməsilə bağlı qərar qəbul olunacaq", - M.Ağayev deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır