“Bir də görəcəyik ki, Gültəkin Hacıbəyli YAP-ın mitinqində...”

“Bir də görəcəyik ki, Gültəkin Hacıbəyli YAP-ın mitinqində...”

6 Dekabr 2022, 12:22

"Siyasi partiyaların üzvlərinin qeydiyyata alınması vacibdir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşən Musayev parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

 

“Belə olmasa, bir də görəcəyik ki, Gültəkin Hacıbəyli yenə Yeni Azərbaycan Partiyasının (YAP) mitinqində çıxış eləmək istəyir”, - deputat ironiyalı şəkildə fikir bildirib.

 

Onun sözlərinə görə, partiyalara üzv olan şəxslərin qeydiyyatı mütləqdir.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev isə qeyd edib ki, partiya üzvlərinin fərdi identifikasiya məlumatları gizli saxlanılmalıdır.

 

"Hər kəs bilir ki, bu informasiya gizlidir. Bu da partiya üzvləri arasında narazılıqlara səbəb olur. Ona görə də partiya üzvlərinin adı, soyadı və şəxsiyyət vəsiqəsinin nömrəsini yazmaq kifayət edir. Qalan məlumatları şəxsdən almaq qanunla qadağandır”,- deyə deputat söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir