“Tərtər işi”nə görə ölən bu məhkumlar günahsız imiş...

“Tərtər işi”nə görə ölən bu məhkumlar günahsız imiş...

6 Dekabr 2022, 12:25

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı məhkum edilmiş şəxslərdən daha ikisinin günahsız olmasının müəyyən edilməsi barədə məlumat yayıb.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılıb.

 

"Onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib", - məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir