Modern.az

Ukrayna məhkəməsi qazimizə HÖKM OXUDU

Ukrayna məhkəməsi qazimizə HÖKM OXUDU

7 Dekabr 2022, 08:07

Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub.

 

Modern.az xəbər verir ki, ötən gün keçirilən məhkəmə prosesində azərbaycanlı gənclər adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Xatırladaq ki, milliyətcə erməni olan əcnəbi azərbaycanlıları onu döyməkdə günahlandıraraq polisə şikayət edib. Lakin indiyədək keçirilən məhkəmə proseslərində ittihamı təsdiqləyən heç bir fakt təqdim olunmayıb.

 

Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?