Modern.az

Qazi metronun çıxışında niyə pul yığırmış? - VİDEO

Qazi metronun çıxışında niyə pul yığırmış? - VİDEO

7 Dekabr 2022, 10:02

Nərimanov rayonunda hərbi formalı və yaxasında medal olan şəxsin pul toplamasını əks etdirən görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, sözügedən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia edilib ki, bloger Elçin Ləmbəranski onun pul toplamasına şərait yaradıb və vətəndaşlara çağırış edib.

 

Məsələ ilə bağlı açıqlama verən E.Ləmbəranski deyib ki, metronun qarşısına balaca qız üçün keçirilən yardım kampaniyasına qatılmağa gedib:

 

“Birincisi, o qazini mən tanımıram. Xəstə balamızın anasının səsinə səs verməyə getmişəm və görmüşəm ki, bu oğlan da oradadır. İkincisi, mən Mələk balamızın anasına tapşırmışam ki, sabahdan bu qazi sənin yanında formada dayanmasın”.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hallar hüquqazidd əməldir:

 

"Hazırda araşdırma aparılır. Yardımdırsa, yardım toplama forması bu deyil. Hazırda məsələ ilə bağlı araşdırma aparılır".

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır