Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
Modern.az xəbər verir ki, o, ötən gün dünya çempionatının 1/8 final mərhələsində İsveçrəyə 6:1 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib.
Ronaldo yayılan məlumatları təkzib edib: “Mən “Əl Nəsr”ə keçirəm? Xeyr, bu doğru xəbər deyil”.
Qeyd edək ki, “Əl Nəsr” klubu Ronaldoya illik 200 milyon avro maaşla müqavilə təklif etmişdi. Xarici KİV-də yayılan məlumatlarda Ronaldonun təklifi qəbul etdiyi iddia olunurdu.