Modern.az

“Uber” 14 milyon dollar cərimələndi

“Uber” 14 milyon dollar cərimələndi

Aktual

7 Dekabr 2022, 09:24

Avstraliyanın Federal Məhkəməsi sərnişin daşınması üzrə “Uber” platformasını 21 milyon Avstraliya dolları (14,1 milyon dollar) həcmində cərimə edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “ABC” telekanalı yayıb.

 

Məlumata görə, buna səbəb müştərilərin gedişhaqqının miqdarı ilə bağlı aldadılması və səfərlərin ləğv olunmasına görə onlardan pul tələb edilməsi olub.

 

Bildirilir ki, “Uber” 2017-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər platforma istifadəçilərindən səfərlərin ləğv olunmasına görə vəsait tələb edib. Halbuki sözügedən müştərilər səfərləri ödənişsiz olan 5 dəqiqəlik müddət ərzində ləğv edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi