Modern.az

Sərnişin sürücünü bıçaqla HƏDƏLƏDİ

Sərnişin sürücünü bıçaqla HƏDƏLƏDİ

Aktual

7 Dekabr 2022, 10:30

Dekabrın 6-da saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 30 manatını talaması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elvin Tağıyev müəyyən olunaraq saxlanılıb.

 

Rəsmi məlumata görə, hazırda Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır