Modern.az

İrandan Azərbaycana 42 kiloqram narkotik keçirmək istədi

İrandan Azərbaycana 42 kiloqram narkotik keçirmək istədi

7 Dekabr 2022, 11:50

Dekabr ayının 04-də saat 21:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

 

Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:00 radələrində Astara rayon Pensər kəndi ərazisində 07-BF-653 dövlət qeyydiyyat nişanlı “Ford tranzit” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

 

Avtomobili idarə edən şəxsin Astara rayon Pensər kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Güloğlan Həsənağa oğlu olması müəyyən edilib. Avtomobilə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kq 70 qram “heroin”, 11 kq 620 qram “həşiş”, 4 kq 525 qram “marixuana”, 4 kq 40 qram “tiryək”, 2 kq 820 qram “metamfetamin” və 4190 ədəd “metadon-40” psixotrop həbləri)aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır