Modern.az

Onların adı sülhməramlı yox, sülənənməramlıdır - Deputat

Onların adı sülhməramlı yox, sülənənməramlıdır - Deputat

Aktual

7 Dekabr 2022, 12:18

Terrorçuları maliyyələşdirənlər elə Amerika, Fransa və Rusiyadır.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Aqil Abbas Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

 

“Sadəlövh olmayaq. Biz burada deyirik ki, İran terrora dəstək verir, amma bilirik ki, illərlə terrora dəstək verən ölkələr hansılardır. Rusiya terrorçulara silah verir. Bir tərəfdən Azərbaycan ərazilərində sülhməramlıları yerləşdiriblər. Onların adı sülhməramlı yox, sülənənməramlılardır. Düzgün adlarını deməkdən çəkinməli deyilik. Bəzən kimin nə etdiyini deməyə, adlar çəkməyə çəkinirik. İran İslam dövləti deyil, yezidlərdir. Onların şiəliyə, İmam Hüseynə aidiyyəti yoxdur”, - deyə deputat çıxışında vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır