Modern.az

Fransa Azərbaycana qarşı təxribata davam edir - Separatçılar Senatda…

Fransa Azərbaycana qarşı təxribata davam edir - Separatçılar Senatda…

Aktual

7 Dekabr 2022, 12:26

Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyini davam etdirən Fransa dövləti erməni separatçılara yenə qucaq açıb. Belə ki, Qarabağdakı erməni separatçı-terrorçu rejimin rəhbəri Arayik Arutyunyanın başçılıq etdiyi “nümayəndə heyəti” iki gündür Fransada səfərdədir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, separatçılar Fransa Senatın bütün parlament qruplarının rəhbərləri və Milli Assambleyanın bütün fraksiyalarının məsul şəxsləri ilə görüşüb.

Görüşdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib, Qarabağ ətrafında cərəyan edən proseslər müzakirə olunub.

Qarabağ separatçılarının başçısı Fransa Senatı və Milli Assambleyasının bir müddət öncə Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə görə fransız deputatlara minnətdarlığını bildirib.

Görüşdə həmin qətnamələrin reallığa çevirilməsindən danışılıb. A.Arutyunyan qondarma “Artsax”ın Fransa dövləti tərəfindən tanınması üçün işlərin başa çatdırılacağına inandığını vurğulayıb.

"Biz istəyirik ki, Qarabağı Ermənistanla bağlayan "Laçın dəhlizi"nin əlavə beynəlxalq təminatları olsun”, - deyə A.Arutyunyan fransız deputatlara yalvarıb. 

Görüşlərdə Ermənistanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Hasmik Tolmaciyan və Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan da iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür