Modern.az

Mənzil-tikinti kooperativləri ilə bağlı YENİ TƏLƏB

Mənzil-tikinti kooperativləri ilə bağlı YENİ TƏLƏB

Aktual

7 Dekabr 2022, 13:01

Mənzil-tikinti kooperativlərinə üzvlük halları müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu barədə Mənzil Məcəlləsinə dəyişiklik layihəsində qeyd olunub.

 

Layihəyə əsasən, mənzil-tikinti kooperativinin üzvlərinin sayı beşdən az, lakin kooperativin inşa etdiyi çoxmənzilli binada yaşayış və inşası nəzərdə tutulduğu hallarda qeyri-yaşayış sahələrinin sayından çox ola bilməz. Qalan üzvlərin sayının beşdən az olmaması şərti ilə pay haqqını tam ödəmiş və ona ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinə mülkiyyət hüququnu əldə etmiş mənzil-tikinti kooperativi üzvünün müvafiq sahəyə mülkiyyət hüququnu özündə saxlamaqla mənzil-tikinti kooperativindən çıxmaq hüququ var.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub